Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |    

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı - SİYAHI

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib ki, 2018-ci ilin iyun-iyul aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub:

“Həmçinin ETSN-in 168 nömrəli “Qaynar xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb”.

Onun sözlərinə görə, atmosfer havasının keyfiyyətinə nəzarət edən “Vaisala AQT400” avtomat stansiyasının onlayn məlumatlarının və OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir:

“Belə ki, 2018-ci ilin iyun ayı və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub”.

U.Tağıyeva qeyd edib ki, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən asılıdır:

“Durğun anomal isti hava şəraitində zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb.

Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda, ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır”.

Nazirlik rəsmisi deyib ki, Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan–Sumqayıt yolunda monitorinqlər keçirilib:

“Hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm 10, Pm 2,5 dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm 10 dirspers toz 1,1-1,4, Pm 2,5 dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticəsinə görə ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb. Bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənar nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır”.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 884 18.07.19 18:20