"Zeytun bağları" nda qonşusunu öldürən şəxs 19 il 6 ay cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

"Zeytun bağları" nda qonşusunu öldürən şəxs 19 il 6 ay cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Dostəli Abuzərovun (1979-сu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 16-da Suraxanı rayonun "Zeytun bağları" adlanan ərazisində Dostəli Abuzərov qonşusu Sərsəng Qədirovu (1977-ci il təv.) bıçaqlayaraq, qəsdən öldürüb. Hadisə yerindən qaçan D.Abuzərov Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məlum olub ki, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ilin may ayında Salyan rayon sakini Qüdrət Malıyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib və meyitini həyətində gizlətib. Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub və 2017-ci ildə azadlığa çıxıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 280 18.07.19 17:27