Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da Bülbülə qəsəbəsi ərazisindəki evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini C.Rufullayev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.