Bakıda evsiz qalan uşaqlara fiziki qüsurlu xanım sahib çıxdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda evsiz qalan uşaqlara fiziki qüsurlu xanım sahib çıxdı - VİDEO

Valideynləri tərəfindən tərk edilən uşaqlara fiziki qüsurlu xanım Aynurə Xudiyeva sahib çıxıb.

4 ildir kimsəsiz və xəstələrə yardım edən Aynurə Xudiyeva Sabunçu rayonu, Ramana qəsəbəsində öz hesabına sığınacaq mərkəzi yaradıb.

O deyir ki, 18 yaşına qədər kimsəsiz və fiziki qüsurlu şəxslər bu sığınacağa müraciət edə bilərlər. Artıq həmin sığınacağa iki azyaşlı qız yerləşdirilib:

“Bizim sığınacağımızda valideyn himayəsindən məhrum olmuş uşaqlar qalacaq. Biz onları müvəqqəti saxlamayacağıq. Onları 18 yaşına qədər saxayacağıq, daha sonra peşə təhsillə təmin edib həyata hazırlayacağıq”.

Məlumat üçün bildirək ki, A.Xudiyeva 19 yaşında üçüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Həkimlər onu bir neçə il ərzində 28 dəfə əməliyyat ediblər. Sonuncu əməliyyata girərkən isə sağ çıxma şansının olmadığını eşidib.

“Sağ qalaramsa ömür boyu kimsəsiz uşaqlara xidmət edəcəyəm” deyən Aynurənin növbəti əməliyyatı uğurlar keçib. O, araba ilə hərəkət etmək imkanı qazanıb. Bundan sonra arzusunda olduğu sığınacağı yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 256 18.07.19 14:10