Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB-2 » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB-2

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı "VAZ-2115"in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. "VAZ-2115" və "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Şamaxıda ağır avtomobil qəzası zamanı xəsarət alan 5 nəfərdən 4-nün şəxsiyyəti məlum olub.

APA -nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda iki avtomobilinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti ağır olaraq qalır.

***

Şamaxı rayonunda yol qəzası baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə Göylər kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2115" və "QAZ-31" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 631 17.07.19 22:49