Hamını “qocaldan” proqram şəxsi məlumatları oğurlayır - DİQQƏTLİ OLUN » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Hamını “qocaldan” proqram şəxsi məlumatları oğurlayır - DİQQƏTLİ OLUN

Bir çox mütəxəssislər hesab edir ki, "FaceApp" tətbiqi istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Onların fikrincə, proqram istifadəçilər üçün riskdir.

Median.Az
Oxu.az-a istinadən bildirir ki, texnologiya sahəsində təhlükəsizlik mütəxəssisi Devid Vaylın sözlərinə görə, "FaceApp" tətbiqi işə salınan zaman istifadəçidən normaldan daha çox şey istəyir:

"FaceApp" fotoşəkillərin hər kəs tərəfindən paylaşılmasına imkan yaradır və bu məlumatları həmişəlik saxlama haqqına sahib olur. Fotonu yükləyəndə isə məlumatınızın haraya göndərildiyinə dair ətraflı məlumat yoxdur. Tətbiqi yükləməmişdən əvvəl yazılan anlaşma mətnində fotoşəkillərin şirkət tərəfindən, demək olar, hər kəslə paylaşa biləcəyinə razılıq verirsiniz".

Bəzi mütəxəssislər tətbiqin mobil telefondakı şəkil albomlarına da giriş icazəsi almasına diqqət çəkib. Onlar deyirlər ki, "FaceApp" istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər.

Avstraliyalı vəkil Maykl Bredli isə diqqətə çatdırıb ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər:

"Tətbiqin ticarət baxımından bu məlumatları necə paylaşacağı hələ bəlli deyil. Proqramı yükləməzdən əvvəl hazırlanan sazişdə bu şirkətin satılacağı təqdirdər məlumatların taleyi ilə bağlı konkret məlumat yoxdur.

Şirkət satılanda etiraz etsəniz də, məlumatlarınız həmin şirkətə veriləcək. Məsələn, "FaceApp" NSA-ya (Amerika Milli Təhlükəsizlik Agentliyi) satılarsa, şəkillər və məlumatlarınız onların olacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 494 17.07.19 19:50