Yüzlərlə azyaşlının həyatı təhlükədə – Foto » Median.Az News Agency


Yüzlərlə azyaşlının həyatı təhlükədə – Foto
Valideynlər uşaq bağçasından şikayətçidir.

Bizimyol.info xəbər verir ki, övladlarını Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən 283 saylı körpələr evi uşaq bağçasına yerləşdirən valideynlər öz narazılıqlarını bildiriblər. Onlar deyirlər ki, sözügedən uşaq bağçası qəzalı vəziyyətdədir. Hətta Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi də var binanın qəzalı olması ilə bağlı. Lakin buna baxmayaraq bina təmir edilmir və bağça müvəqqəti olaraq başqa binaya köçürülmür.


Sakinlər, eləcə də valideynlər deyirlər ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə və müvafiq orqanlara məlumat versələr də heç bir tədbir görülmür və onların övladlarının həyatı təhlükə altındadır.

Bizimyol.info olaraq məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətinin başçısına, eləcə də müavinlərinə zəng etsək də zəngimizi cavablayan olmadı. Dəstəyi qaldıran katibə isə müavinlərin tədbirdə olduğunu bildirdi.
Adıçəkilən uşaq bağçasının rəhbərliyi ilə də əlaqə qurmaq cəhdlərimiz uğursuz oldu.


Məsələ diqqətimizdədir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          982 17.07.19 16:54