"Bütün regionlarda bruselyoz xəstəliyi yayılıb" - Nazirlikdən xəbərdarlıq » Median.Az News Agency


"Bütün regionlarda bruselyoz xəstəliyi yayılıb" - Nazirlikdən xəbərdarlıq
"Azərbaycanın bütün regionlarında bruselyoz xəstəliyi yayılıb”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi deyib.

"Vəziyyəti düzəltmək üçün heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma hələ ki, xəstəliyin azaldığı müşahidə edilmir”, - deyə o, qeyd edib.

Nazirlik nümayəndəsi xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də bruselyoz xəstəliyinin miqyası genişlənir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 176 17.07.19 15:46