Brilliantdan Aygünə sərt mesaj: Səhnələrdə sərxoş halda yıxılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Brilliantdan Aygünə sərt mesaj: Səhnələrdə sərxoş halda yıxılır

Xalq artisti Brilliant Dadaşova mərhum sənətçi Mirzə Babayevin doğum günü ilə bağlı qalmaqallı paylaşım edib.

B.Dadaşova paylaşımında bir zamanlar duet oxuduğu M.Babayevi yada salıb və Xalq artisti Aygün Kazımovanın ünvanına sətiraltı mesajlar yollayıb. Brilliant ad çəkməsə də, yazdığı statusda Aygünə eyham vurması ilə diqqət çəkib:

“Yaxşı ki, o, estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulla satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

Qeyd edək ki, maqazin proqramının birində “Əsas ulduz” kəlməsi tez-tez A.Kazımovanın ünvanına səsləndirilir.





Hazırda Türkiyədə olan Xalq artisti A.Kazımova da mərhum sənətkar Mirzə Babayevlə görüntülərini “Instagram” hesabında paylaşıb. Pop-diva paylaşımında ona söz atan B.Dadaşovanın cavabını verib:

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Beləcə iki məşhur arasında yatmış vulkan yenidən oyanıb.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 100 17.07.19 12:39