Maştağada YPX əməkdaşını bıçaqlayan şəxslərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Maştağada YPX əməkdaşını bıçaqlayan şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Elçin İbrahimovun və Elman Sadıxovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittihama görə, ötən il iyunun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində xidmətdə olan Yol Patrul Xidmətinin əməkdaşı Babək Qəmbərov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün Elçin İbrahimovu və Elman Sadıxovu saxlayıb. Bu zəmində onların arasında mübahisə başlayıb, yol polisinin tələbinə tabe olmayan şəxslər əvvəlcə B.Qəmbərovun ayaq, sonra isə baş nahiyəsindən bıçaqla zərbələr vurublar. Ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan polis əməkdaşının həyatını həkimlər xilas ediblər. Cinayəti törədən şəxslər Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər.

Məhkəmənin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            919 17.07.19 11:28