“Agent 007”ni qaradərili aktrisa canlandıracaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

“Agent 007”ni qaradərili aktrisa canlandıracaq - FOTO

Kino həvəskarlarının səbirsizliklə gözlədikləri 25-ci “Ceyms Bond” filmində “Agent 007”ni canlandıracaq aktrisanın adı açıqlanıb.

“Daily Mail”in yaydığı məlumata görə, həmin rolu qaradərili tanınmış aktrisa Laşana Linç ifa edəcək.

Filmin süjet xətti belədir: Ceyms Bondu canlandıracaq dünya şöhrətli aktyor Deniel Kreyq işlərini kənara qoyub, dincəlmək üçün Yamaykaya yol alacaq, “007 nömrə” isə yeni agent təyin edilərək, ön plana çıxacaq.

“Filmin ilk səhnəsində otağa qaradərili “Agent 007” Laşana girəcək. Bu, elə bir an olacaq ki, izləyicilər bu səhnəyə baxan zaman yedikləri pop-korn əllərindən yerə töküləcək”, - məlumatlı mənbədən bildiriblər.

Yayılan şayiələrə görə, 2006-ci ildən Bondu canlandıran Denieldan sonra “Agent 007” roluna qaradərili məşhur aktyor İdris Albanın çəkiləcəyi deyilirdi.

Bununla yanaşı, baş rolda qadın qəhrəmanın iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılırdı. 25-ci “Ceyms Bond”un müəllifi Fibi bir güllə ilə iki dovşanı vuraraq, Kreyqin getməsini gözləməyərək, hər iki ideyanı birləşdirib.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 512 15.07.19 22:37