Bakıda zəncirvari avtomobil qəzası olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.
Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıblar.
Videodan görünür ki, Sergey Yesenin küçəsi ilə hərəkət edən beş avtomobil bir-biri ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.