Trampdan "Facebook"a böyük təklif » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Trampdan "Facebook"a böyük təklif

ABŞ Prezidenti Donald Tramp kriptovalyutaların tərəfdarı olmadığını deyib.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tramp, həmçinin "Facebook" və kriptovayutaların dövriyyəyə buraxılması ilə məşğul olan digər şirkətlərə (emitentlərə) bank lisenziyası almağı və bank qaydalarına uyğun fəaliyyət göstərməyi məsləhət görüb.

"Mən "bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm; onlar pul deyil və onların dəyəri dəyişkəndir, havadan asılı vəziyyətdədir... Əgər "Facebook" və digər şirkətlər bank olmaq istəyirlərsə, onlar digər banklar kimi yeni bank lisenziyası almalı və ümumi bank qanunvericiliyinin obyektinə çevrilməlidir", - Tramp tivitində yazıb.

ABŞ prezidentinin fikrincə, nəzarət olunmayan kriptovalyutalar qeyri-qanuni əməliyyatlar, o cümlədən narkotik vasitələrin ticarəti üçün münbit şərait yaradır.

"ABŞ-da bizim yeganə həqiqi valyutamız var və o, daha əvvəl olmadığı qədər güclü, stabil və etibarlıdır. O, dünyada ən dominant valyutadır və həmişə də belə olaraq qalacaq. Onun adı isə Birləşmiş Ştatlar dollarıdır!" - Tramp əlavə edib.

Qeyd edək ki, ötən ay "Facebook" şirkəti tərəfdaşları ilə birlikdə "Libra" adlı yeni kriptovalyutanı təqdim edib. 2020-ci ilin birinci hissəsində dövriyyəyə buraxılacaq yeni kriptovalyutanın sabit maliyyə aktivləri ilə dəstəklənəcəyi və ona nəzarət edən idarəetmə orqanının olacağı bildirilib.

Yeni kriptovalyuta artıq "Visa", "Mastercard", "PayPal", "Uber", "eBay", "Farfetch" və digər nəhənglərdən dəstək alıb.

"Facebook"un kriptovalyuta üzərində birbaşa idarəçiliyinin olmayacağı bildirilir. Əvəzində şirkət İsveçrədə yerləşən "Libra Assosiasiyası" (Libra Association) adlı qeyri-kommersiya təşkilatının üzvü olacaq. "Libra"ya nəzarət edən bu assosiasiyanın 28 üzvü var. Onların sırasında "PayPal", "Visa", "Uber", "Coinbase", "Andreessen Horowitz" və "Mercy Corps" şirkətlərinin adı çəkilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 012 12.07.19 23:50