Küləklə bağlı RƏSMİ xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Küləklə bağlı RƏSMİ xəbərdarlıq
Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.

Bu barədə Milli.Az-a Agentlikdən məlumat verilib.

BNA hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          621 12.07.19 21:36