Kafeyə işə düzələn sevgilisini diri-diri yandırdı — Tovuzdakı dəhşətli cinayətin TƏFƏRRÜATI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kafeyə işə düzələn sevgilisini diri-diri yandırdı — Tovuzdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Tovuzda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçiriləcək.

Median.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək proses iyul ayının 23-nə təyin olunub.

İttihama görə, bu ilin yanvarın 15-də Tovuz rayonunda Əflatun Ələkbərov qeyri-rəsmi münasibətdə olduğu və yaşadığı 1991-ci il təvəllüdlü Nüşabə Bayramovanın üstünə benzin tökərək onu yandırıb.

Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqın gəldiyi nəticəyə görə, hadisə şəxsi mübahisə zəminində baş verib.
Belə ki, qadın kafelərin birində işə düzəlib. Əflatun Ələkbərov isə onun kafedə işləməsinə etiraz edib.

Lakin qadın Əflatun Ələkbərovun sözünə əhəmiyyət verməyib.

Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonda dəhşətli olayla nəticələnib.
İstintaq orqanı tərəfindən Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 12.07.19 19:50