Yeni rəis kimdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yeni rəis kimdir?
Bu gün Daxili İşlər nazirinin əmri ilə “Bandotdel”ə rəis təyin edilən Əbülfət Rzayevin bioqrafiyası ictimai marağa səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Həmin kəndin orta məktəbi təhsilini baş vurduqdan sonra 1986–1988-ci illərdə Daxili qoşunlarda həqiqi hərbi xidmət keçib. 1993–1998-ci illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb.

1989–1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri, 1990–1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim, 1995–1996-cı illərdə Naxçıvan MR Ordubad RPŞ-da polis sahə inspektoru, 1996–1998-ci illərdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində əməliyyat müvəkkili, 1998–2001-ci illərdə Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili, 2001–2004-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili, 2004–2005-ci illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, 2006–2008-ci illərdə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, 2005–2006-cı illərdə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, daha sonra Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib.

Ailəlidir. 4 övladı var.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 127 12.07.19 17:47