Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr verib.
Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.
Xatırladaq ki, Ə.Rzayev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
/oxu.az/