Goranboy və Cəlilabadda narkotik satan şəxslər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Goranboy və Cəlilabadda narkotik satan şəxslər saxlanılıb
Median.Az xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xoylu kənd sakini E.Hüseynovun evindən 4 kq. 450 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Cəlilabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zülfüqarovun həyətyanı sahəsindən 24 ədəd çətənə kolu, evindən 2 kq. 132 qram marixuana, həşiş, çətənə tumları, heroin, elektron tərəzi və bir ədəd marxiuana hazırlayan xüsusi aparat aşkar edilib.

Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət
işləri başllanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          936 12.07.19 16:44