Yeni 10 manalıq əskinaslardan "QORXANLAR" – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yeni 10 manalıq əskinaslardan "QORXANLAR" – VİDEO

3 aydır aramızda olan, amma çoxumuzun məlumatsız olduğu, görmədiyi, görənlərin istifadə edə bilmədiyi 10 manatlıq əskinaslar əməlli-başlı problemə çevrilib.

Median.Az ARB TV-yə istinadən xəbər verir ki, iş o yerə çatıb ki, istehlak yerlərinin əksəriyyəti bu əskinasdan imtina edir.

Hətta saxtadır deyib qaytaranlar da var.

Sakin: "Deyilənə görə bir necə aydı yeni əskinaslar çıxıb, amma heç rastıma çıxmayıb. Bilmirəm necədi".

Yenilənmiş 10 manatlıqları əksər insanlar görməyib, görənlər isə, sözün əsl mənasında, peşmandı. Artıq 3 aydan çoxdur istifadəyə buraxılmış bu əskinasları bəziləri hələ də saxta hesab edir.

Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, bir çoxları bu pula yaxın durmağa ehtiyat edir. Məsələn, ictimai nəqliyyat sürücüləri. Yaxud elə dükan bazardakı satıcılar.

Sakin: "Deffektdi, nə bilim nədi, götürmədi, çıxdım gəldim, heç nə ala bilmədim ordan".

Sakin: "Köhnə 10 manatlıqları veririk ki, nə isə alaq. Çünki banklar da qəbul etmir. İşıq pulu, qaz pulu ödəyəndə banklar da ödəmir".

Amma hansı əskinasın verilməsindən asılı olmayaraq saxtanı orijinaldan ayırd etməyi bacaranlar da var.

Məsələ ondadır ki, bu 10 manatlıqlardan qorxan təkcə insanlar deyil. Ödəmə aparatlarının da əksəriyyəti bu pulları həzm edə bilmir.

Əsəd Qəhrəmanov - Mütəxəssis: "Vətəndaşların çətinlikləri ilə bağlı digər bir məqam pul qəbul edən qurğular, bankomatlar vasitəsilə pulların tanınmamasıdır ki, bunun üçün bəzi görülməli işlər var.

Mərkəzi bank öz tərəfindən bunlardan bir qisim dövriyəyə yararlı, bir qisim yararsız nəğd vəsaitlərlə kənar təşkilatları, hansılar ki, bu işlə məşğuldurlar, proqram təminatının yenilənməsi ilə məşğuldurlar onlar öz düzəlişlərini ediblər, hal-hazırda isə bu işlərlə bağlı yekun test işləri aparılmaqdadır.

Qısa müddətdə bütün banklarda sazlama işləri aparılacaq və artıq bütün bankomatlar yeni 10 manatlıqları qəbul edəcəkdir".

Bir sözlə, bankomat, müştəri, yaxud hədiyyə olaraq kimsə yeni 10 manatlıq verərsə, tərəddüd etmədən götürə bilərsiniz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 556 12.07.19 15:32