Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO » Median.Az News Agency


Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO
Tovuzda içməli su problemi yaranıb.

Sakinlərin oxu.az-a göndərdiyi videogörüntüdən aydın olur ki, rayon əhalisinə verilən içməli su istifadəyə yararsızdır.

Belə ki, suyun tərkibində həddindən artıq çirklənmə müşahidə olunur.

Məsələ barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Regional Su-kanal İdarəsindən oxu.az-a bildiriblər ki, Tovuzda güclü sellə əlaqədar Zəyəmçayda daşqın olub:

“Nəticədə, suda lillənmə baş verib. Artıq problem həll edilib, bulanıqlıq standartlara uyğun həddə enib”.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 325 12.07.19 14:49