Tupakın Madonnaya yazdığı məktub hərracda - 100 min dollar » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |    

Tupakın Madonnaya yazdığı məktub hərracda - 100 min dollar

Mərhum reper Tupak Şakurun müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb.

“Gotta Have Rock and Roll” internet hərracında yayılan məlumata görə, məktub alıcılara 100 min dollara təklif olunur.

T.Şakur sözügedən məktubu Madonnaya 1995-ci il yanvarın 15-də, həbsxanada olarkən yazıb.

Reperin Madonnaya məktubu üç səhifədən ibarətdir. Məktubun sonunda “Həmişəlik, 2PAC, Tupak Şakur” imzasını atıb.

Mətndə “Rasizmin yaratdığı nifaq qaradərili kişinin ağdərili qadına bağlılığını lazımi səviyyədə göstərməyə çətinlik yaradır”, - deyə qeyd edilib.

Xatırladaq ki, T.Şakur 1996-cı il sentyabrın 13-də ABŞ-ın Las-Veqas şəhərində silahlı hücuma məruz qalıb. O, xəstəxanada altı gün qaldıqdan sonra ölüb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 335 12.07.19 12:07