19 yaşlı qızı maşın vurdu, yüngül xəsarətlə qurtuldu » Median.Az News Agency


19 yaşlı qızı maşın vurdu, yüngül xəsarətlə qurtuldu
Nərimanov rayonunda avtomobil piyadanı vurub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hadisə “Metropark” ticarət mərkəzinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Rüstəmli Ramilə Osman qızını vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sağ qabırğaların əzilməsi diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          347 12.07.19 11:20