Bakıda 2 sürücü dava etdi - 1 nəfər xəstəxanaya yerləşdirildi » Median.Az News Agency


Bakıda 2 sürücü dava etdi - 1 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda küçədə sürücülər arasında dava olub.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində "Bizim market"in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          463 11.07.19 23:43