Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Yay gəldi, dərd gəldi - Avtomobil qəzalarının çoxalmasının səbəbi varmış

11.07.2019 21:20 2 399
Yay gəldi, dərd gəldi - Avtomobil qəzalarının çoxalmasının səbəbi varmış
Son bir neçə gündə dalbadal bir neçə ciddi yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb. Bu nəqliyyat hadisələrində xeyli ölən və yaralananlar olub. Baş vermiş ən ciddi qəza isə Masallı rayonunda qeydə alınıb. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində 8 nəfər hadisə yerindəcə ölüb. Ardınca isə daha iki qəzada 10-dan çox adam yaralanıb.

Ümumiyyətlə, statistika göstərir ki, yay aylarında avtomobil qəzalarının sayı artır. Səbəb isə sadədir. Mütəxəssislərə görə, isti havaların insan orqanizminə təsiri insanlarda stressə səbəb olan kortizon hormonunu artırır. Bu da sürücülərin yollarda daha aqressiv davranması ilə nəticələnir.

Median.Az bildirir ki, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, isti hava çox tərləməyə səbəb olduğu üçün bədənin biokimyəvi vəziyyətinə təsir edir. Bədəndə olan natrium, maqnezium, kalsium və s. tərkibini dəyişir. Bu beyinə təsir edir və insanda gərginlik, əsəbilik yaradır: "Yəni istinin təsirindən tez əsəbiləşmə, tez reaksiyavermə meydana gəlir. İsti havada insanlar özlərini idarə edə bilmir. Stress hormonu olan kortizon yaranması artdığı üçün insanda narahatlıq meydana gəlir. Bu gərginlik avtomobil yollarında qəzaların artmasına səbəb olur".

Yol-nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı açıqlamasında bildirib ki, isti havalarda yol nəqliyyat hadisələrinin artmasına səbəb bəzi nəqliyyat vasitələrinin standartlara uyğun olmamasıdır: "Bəzi avtomobillərdə kondisionerlərin olmaması, isti nəticəsində yaranan yuxu, yorğunluq, tələskənlik qəzalara səbəb olur. Yorğun, yuxulu halda yola çıxmaq olmaz. Bütün polis postlarında sürücülərin istirahət etməsi üçün şərait yaradılıb. Yorğunluq hiss edilən zaman bu postlara yaxınlaşaraq su içmək, dincəlmək mümkündür. Bəzi avtomobilləri standartlara uyğun olmayan sürücülər polis saxladığı zaman bunu imkansızlıqla əlaqələndirirlər. Unudurlar ki, belə avtomobillərlə yola çıxmaq həm onların özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir".

Nəqliyyat eksperti Azər Allahverənov bildirir ki, yay aylarında avtomobil qəzaları daha çox istirahət zonalarının ətrafında baş verir: "Yay aylarında insanlar daha çox istirahət mərkəzlərinə gedirlər. Bu da avtomagistralda intensivliyə səbəb olur. İntensivlik olan yollarda isə hər zaman qəzalar baş verir".

A.Allahverənov qeyd edib ki, bəzi xroniki xəstəliyi olan insanlar isti havalarda sükan arxasında özünü pis hiss edə bilər: "Əgər sürücüdə təzyiq, ürək çatışmazlığı varsa, o kondisioner olmayan avtomobillə yola çıxmamalıdır. Çünki istidən bu xəstəlik kəskinləşə bilər. Bu zaman sürücü idarəetməni itirir və qəza baş verə bilər".

Allahverənov həmçinin əlavə edib ki, yay aylarında qəzaların artmasına digər bir səbəb sürücülərin sərxoş halda avtomobil idarə etməsidir: "İstirahət mərkəzinə gələn və ya oradan çıxan sürücülərin əhvalı yaxşı olur, içkili olurlar. Bu da qəzaların baş verməsinə səbəb ola bilər".

Son xəbərlər