Günəşdə maqnit qasırğası olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Günəşdə maqnit qasırğası olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 11-nə olan kosmik hava durumunu açıqlayıb.

Median.Az
xəbər verir ki, Rəsədxanadan APA-ya verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti ~600 km/san intervalında olub.

Geomaqnit sahə son 24 saat ərzində Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olub. G1 səviyyəli qasırğa əsasən 60○şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır.

Kosmik hava proqnozuna əsasən, iyulun 11-13-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İyulun 11-12-də geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, iyulun 13-də nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            974 11.07.19 20:45