Bakıda intihar - Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı » Median.Az News Agency


Bakıda intihar - Yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          740 11.07.19 18:38