Bakıda qadın küçədə can verdi – REAL GÖRÜNTÜLƏR – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda qadın küçədə can verdi – REAL GÖRÜNTÜLƏR – VİDEO

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, bu gecə saat 23 radələrində Əmircan qəsəbəsində bazarın yaxınlığında naməlum avtomobil 60 yaşında bir qadını vurub.

Sürücü hadisədən sonra piyadanı can üstə qoyaraq qaçıb.

Hadisə şahidləri dərhal təcili yardıma zəng vurublar. Bildirilir ki, təcili yardım həkimləri çağırışdan 40 dəqiqə sonra hadisə yerinə gəliblər.

Həmin vaxta qədər vurulan qadın ağrılar içində yerdə qalıb. Sonradan həkimlər piyadanı ağır vəziyyətdə xəstəxanaya aparıblar. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq qadın vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 594 11.07.19 14:08