Çimərlikdə FHN əməkdaşını döydülər » Median.Az - Bütün xəbərlər bir ünvanda


Çimərlikdə FHN əməkdaşını döydülər
Zağulba çimərliyində xilasetmə qrupunun əməkdaşı döyülüb.

1981-ci il təvəllüdlü Mehdiyev Ramil Şahvələd oğlu çimərlik ərazisində təyin edilməmiş yerdə dənizə girmək istəyən şəxslərə xəbərdarlıq edib.

Tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər R.Mehdiyevi döyərək xəsarət yetiriblər.

Yaralı xəstəxanaya aparılıb. Sağ biləyindən və qolundan xəsarət alan R.Mehdiyevə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          958 11.07.19 12:08