Çempionlar Liqası: “Qarabağ” mövsümə heç-heçə ilə başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Çempionlar Liqası: “Qarabağ” mövsümə heç-heçə ilə başladı

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.
Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunu olub.

Görüş Albaniyanın paytaxtı Tiranada keçirilib. Selman Stermasi stadionundakı görüş başladığı hesabla da yekunlaşıb. Qurban Qurbanovun yetirmələri bir neçə epizodda rəqibə çətinlik yaşatsalar da, fərqlənə bilməyiblər.

"Partizani"nin də təhlükəli hücumları olub. Lakin sonda qeyri-dəqiqlik və ya komandamızın inamlı oyunu hesabın açılmasına imkan verməyib.

Beləliklə, matç 0:0 hesabı ilə başa çatıb. Komandalar cavab matçına bir həftə sonra çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) duelinin güclüsü ilə, məğlub olan isə
“Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) qarşılaşmasının zəifi ilə üz-üzə gələcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 226 10.07.19 21:40