“BMW” yol ayırıcına çırpıldı - Ölən və xəsarət alan var » Median.Az - Bütün xəbərlər bir ünvanda


“BMW” yol ayırıcına çırpıldı - Ölən və xəsarət alan var
Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.//Baku.wsскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          563 10.07.19 20:13