Kürdəmir və Balakəndə avtomobil qaçıranlar tutulub » Median.Az News Agency


Kürdəmir və Balakəndə avtomobil qaçıranlar tutulub
Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə şəhər ərazisindən, Gəncə şəhər sakini V.Dərvişovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Hacıqabul rayon sakini B.Məlikov saxlanılıb.

Bundan başqa, Balakən RPŞ-nə Qabaqçöl qəsəbəsindən, rayon sakini N.Osmanova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması
barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil kəndin ərazisində, divara vurulmuş vəziyyətdə tapılıb və onu qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qarayev saxlanılıb.

Faktlarla əlaqədar cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          462 10.07.19 15:30