Bakıda 211 nömrəli avtobus piyadanın üzərindən keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda 211 nömrəli avtobus piyadanın üzərindən keçdi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi "Daewo" markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib.

Hadisə nəticəsində Q.Məmmədov müvazinətini itirərək avtobusun altına yıxılıb, avtobus piyadanın üstündən keçib.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Q.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 782 10.07.19 13:33