Gerasimov Bakıya gəldi - NATO generalı ilə dördüncü görüş » Median.Az - Bütün xəbərlər bir ünvanda


Gerasimov Bakıya gəldi - NATO generalı ilə dördüncü görüş
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Todd Volterslə görüşəcək.

Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

V.Gerasimovun, həmçinin Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.

Mayın əvvəlində bu vəzifəyə təyin olunmuş T.Volters V.Gerasimovla iyunun 3-də telefon danışığı aparıb.

“İnterfaks”ın məlumatına görə, V.Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.

Qeyd edək ki, bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          715 10.07.19 12:47