DYP-dən açıqlama: "O şəxs qanunsuz fəaliyyət göstərməyib, BNA-dan fərqlənmə nişanı alıb" » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

DYP-dən açıqlama: "O şəxs qanunsuz fəaliyyət göstərməyib, BNA-dan fərqlənmə nişanı alıb"

"Masallı rayonunda səkkiz nəfərin ölümünə səbəb olan dəhşətli yol-nəqliyyat hadisəsini törədən şəxs qanunsuz fəaliyyət göstərməyib".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev söyləyib.

K.Əliyev deyib ki, Nizami Mustafayevə qəzanı törədən "Mercedes Benz Vito” markalı 99-LH-458 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən fərqlənmə nişanı verilib. K.Əliyev hadisənin qanunsuz sərnişindaşıma fəaliyyəti səbəbindən baş verməsi kimi təqdim olunmasının doğru olmadığını söyləyib. Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb sürücünün istirahət etmədən fəaliyyət göstərməsi və diqqət yayınması olub: "Sürücü B kateqoriyası ilə avtomobil idarə edib. Onun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu barədə məlumat yanlışdır. Bizim araşdırmamız zamanı məlum oldu ki, sürücü taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alıb. Kamera görüntüləri sübut edir ki, sürücü gecə saat 03:40 radələrində paytaxta daxil olur, bir saat sonra yola çıxır. Bu hadisənin də baş verməsinə səbəb, sürücünün dincəlməməsi, yorğun olması, diqqətini itirməsidir".

Şöbə rəisi həmçinin qeyd edib ki, mətbuatda yayılmış məlumatlara rəğmən, qəzanı törədən "Mercedes Benz Vito" mikroavtobus yox, minik maşınıdır.

Xatırladaq ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus "Mercedes Benz Vito" markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub: "Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib. Dəfələrlə sərnişinlərimizə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, sərnişinlər mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 505 09.07.19 18:26