Regionlarda avtomobillərdən oğurluq edən 4 nəfər tutulub » Median.Az News Agency


Regionlarda avtomobillərdən oğurluq edən 4 nəfər tutulub
Median.Az xəbər verir ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən iyulun 4- və 5-də rayon ərazisində 4 avtomobildən pul və maqnitofon oğurlayan Samux rayon sakinləri X.İbrahimov və əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıblar.

Bundan başqa, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Yuxarı Tala kəndində “VAZ-21099” markalı avtomobildən 150 manat və maqnitofon oğurlayan kənd sakini Ə.Məmmədov saxlanılıb.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər ərazisində “Opel” markalı avtomobildən mobil telefon oğurlayan Gəncə şəhər sakini N.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          642 09.07.19 17:33