Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları”ndan ayrıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |    

Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları”ndan ayrıldı

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

Median.Az
xəbər verir ki, bu barədə Musavat.com-a S. Qədirovanın özü məlumat verib. O bildirib ki, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək. S. Qədirova söyləyib ki, bu qərar Cavid Qurbanova aiddir:

"Bu barədə məlumatı ilk olaraq sizə verirəm. Artıq dünəndən etibarən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə getmirəm. Yeni işimə isə dərhal başlamaq fikrində deyiləm. Çünki səhhətimlə bağlı problemlər buna imkan vermir. Əməliyyat olunmalıyam və ona görə də Cavid müəllimdən 1 aylıq məzuniyyət izni almışam. Qeyd edim ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 4 il idi ki, çalışırdım və bu müddət ərzində məzuniyyətə çıxmamışdım. Ona görə də qərara gəldim ki, öncə müalicəmlə məşğul olum, sonra isə enerji ilə yeni işimin başına keçim”.

S. Qədirova bildirib ki, Azərbaycan Voleybol Federasiyasında çalışmaq onun üçün heç də çətin olmayacaq:

"Yenə də eyni işi görəcəyəm. Yəni jurnalistlərlə çalışıb, görülən işlərin ictimailəşməsi ilə məşğul olacağam. Dəmir yolu çox ağır sahədir. Həm özümə vaxt ayıra bilmirdim, həm də səhhətimdə problemlər yaranmışdı. Ona görə də bir qədər icazə istədim və Cavid Qurbanovdan yeni işlə bağlı təklif aldım. Dərhal da bununla razılaşdım. Yəni özümü orada da görürəm. Yenə də Cavid Qurbanovun rəhbərliyi altında işləyəcəm. Biz bir komandayıq. Məni dəmir yollarına özü təyin olunandan bir neçə ay sonra Cavid Qurbanov gətirib. Mənim üçün işin fərqi yoxdur. O hara deyirsə, ora da getməliyəm. Təki Cavid Qurbanovla işləyim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            842 09.07.19 16:32