Almaniyadan yeni liftlər gətirilib: 63-ü quraşdırılır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Almaniyadan yeni liftlər gətirilib: 63-ü quraşdırılır - FOTO

Paytaxtda çoxmənzilli binalarda yeni liftlər quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Almaniyanın “Wittur Holding GMBH” şirkəti arasında imzalanmış müqavilə əsasında artıq 63 ədəd lift gətirilib.

Hazırda gətirilən liftlərin bir hissəsi Nizami rayonu, Qara Qarayev prospekti, 47 ünvanında yerləşən 10 bloklu, doqquz mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.

Köhnə liftlər demontaj edilib, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid çəkilib.

Bu ilin sonuna kimi Bakıya ümumilikdə 542 lift gətiriləcək və quraşdırılacaq.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 09.07.19 12:59