Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı » Median.Az News Agency


Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı
Bakıda qadına hucum olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib.

Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          389 08.07.19 22:45