Leyla Əliyeva “Yanardağ”da yoqa və poeziya axşamında - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Leyla Əliyeva “Yanardağ”da yoqa və poeziya axşamında - FOTO

İyulun 7-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “SÖZ” adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib.

Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib.

Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, “7” rəqəminin mistik məna daşıdığını ehtiva edir. Bu axşam poeziya ilə yoqa vəhdət təşkil edəcək.

Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayıb, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə giriblər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edib.

Amsterdamda yaşayan həmyerlimiz Mira yoqa sessiyasını davam etdirərək qədim hind rəqsini nümayiş etdirib.

Sonra bədii hissə başlayıb. Firdovsi və Mehman Rəsulov qardaşları, Nigar Həsənzadə musiqi sədaları altında öz şeirlərini oxuyublar. Onların ardınca digər gənc şairlər Azərbaycan və rus dillərində şeirlər ifa ediblər.

Sonda Leyla Əliyeva öz şeirini oxuyub.

İştirakçılar Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, “SÖZ” adlı ədəbi layihənin məqsədi ölkəmizdə həm ana dilində, həm də xarici dillərdə yazıb-yaradan gənc ədəbi nəslin formalaşdırılmasıdır.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            991 08.07.19 18:14