Dünən günorta saatlarında Bilgəh çimərliyində bir nəfər gənc oğlan batma təhlükəsi ilə üzləşib.
Baku.ws-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, çimərlikdə istirahət edən şəxslər birlik nümayiş etdirərək oğlanı batmaqdan xilas ediblər.
Belə ki, insanlar zəncirvari şəkildə bir-birlərindən tutaraq dənizin dibinə düşən oğlanı batmaqdan xilas ediblər.