Polisin şəhid ailəsinə təzyiq göstərməsilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |    

Polisin şəhid ailəsinə təzyiq göstərməsilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə şəhid ailəsinin Xətai rayon 36-cı Polis Bölməsində döyülməsi ilə bağlı soaial şəbəkələrdə yayılan videosüjetə münasibət bildirib.

Median.Az
xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında yayılan məlumatı təkzib edib: "Sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb. Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".

E.Hacıyev deyib ki, Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır: "İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb".

Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib.

Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 611 08.07.19 13:00