Naməlum şəxslər Qarabağ əlillərini döyüblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Naməlum şəxslər Qarabağ əlillərini döyüblər

Bakıda gecə saatlarında Qarabağ müharibəsi əlillərini döyüblər.

Hadisə paytaxtın Nizami rayonunda baş verib.

1977-ci il təvəllüdlü Musayev Sərxan Yaqub oğlu və 1966-cı il təvəllüdlü Bağırov Nuri Zaman oğlu naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüblər.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər ata və oğul olub.

S.Musayev və N.Bağırov Qarabağ müharibəsi əlilləridir.

Yaralılar xəstəxanaya aparılıb.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən kafelərin birində 1969-cu il təvəllüdlü Cəfərov Hüseyn Rza oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

H.Cəfərov hadisə zamanı sərxoş vəziyyətdə olub. Ona baş-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 849 06.07.19 13:33