Gəncədə mütəşəkkil dəstə zərərsizləşdirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |    

Gəncədə mütəşəkkil dəstə zərərsizləşdirildi

"Qonşum idi, əvvəlcədən izləyirdim”

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mənzildən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, 26 yaşlı Daşkəsən rayon sakini Rüfət Nəcəfov, 24 yaşlı Goranboy rayon sakini Valeh Ramazanov, 29 yaşlı Göygöl rayon sakini Pərviz Məmmədov və 27 yaşlı Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pulu, 16700 manat dəyərində qızıl-zinət əşyalarını, 150 manat dəyərində bir ədəd mobil telefonu və 40 manat dəyərində DVD aparatını oğurlayıblar.

Onlar maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil veriliblər. Cinayəti Zəka Qoyuyev təşkil edib. O qarət olunan mənzil sahibin qonşusu olub: "Qonşum idi. Bir müddət izləyirdim və bilirdim ki, evdə pul və qızıl var. Planı cızdım imkan düşən kimi hazırlıq gördük və hadisəni törətdik. Tuttuğum əməldən peşmanam”.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 074 05.07.19 21:17