Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - Qəddar ata, xəyanət izi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - Qəddar ata, xəyanət izi

The Times nəşri Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Həyya bint əl-Hüseynin qaçışının səbəbini araşdıraraq, ortalığa maraqlı faktlar çıxardıb.

İddiaya görə, 69 yaşlı Şeyx Həyyanın ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni ilə əlaqəsi olduğundan şübhələnib. Şeyxin şübhələrinin nə dərəcə də doğruluğu məlum olmasa da, şahzadənin yaxın dostları bildirirlər ki, Həyya Şeyxin “İnstagram”da ona yazdığı “Sən xəyanətkarsan, sən ən qiymətli şeyə xəyanət etdin. Sənin sirrin gün üzünə çıxdı” mesajından qorxuya düşüb.


Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həyyanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu addımına rədd cavabı verib.

Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.

Bundan əvvəl isə mediada Həyyanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb. Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub.

Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub. Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Həyya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb.

Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 509 05.07.19 19:05