Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |    

Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar

Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, qondarma “Dağlıq Qarabağ respublikası”nın “maliyyə nazirliyi”nin internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.

Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə, beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir.

Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma rejimin “maliyyə nazirliyi”nin internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            838 05.07.19 17:08