Şəbnəm Tapdıq adını dəyişdi - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |    

Şəbnəm Tapdıq adını dəyişdi - AÇIQLAMA

İllərdir adı ilə bağlı problemlər yaşayan Şəbnəm Tapdıq adını dəyişib.

Bu barədə Oxu.Az-a Ş.Tapdıq özü məlumat verib.

Bildirib ki, bundan sonra onun adı İlk Şəbnəm olacaq:

“Mən 40 ildir ki, sənətdəyəm. Bu sənətə gələndə də Şəbnəm adı ilk məndə olub. Daha sonralar incəsənətdə Şəbnəm adı çoxaldı. Mən də onlardan fərqlənmək üçün adımı patentləşdirməyə qərar verdim. Yəni Şəbnəm adımı dəyişib İlk Şəbnəm qoydum. Bütün televiziya və radiolara rəsmi ərizə yazıb bildirdim ki, mənimlə bağlı hər hansısa bir məlumat və ya ifalarım səslənərsə, adımı İlk Şəbnəm Tapdıq söyləsinlər. Qoy, sənətdə olanlar Şəbnəm olsunlar, mən də İlk Şəbnəm olum”.

Qeyd edək ki, müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Oxu.Az-a açıqlama verən Ş. Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə vərəcəyini deyib.

Məlumat üçün bildirək ki, müğənni Şəbnəm Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etirazını bildirib. Hətta bununla bağlı Milli Televiziya və Radio Şurasının sədrinə məktub ünvanlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 046 05.07.19 15:03