Bakıda həmyerlisini qətlə yetirən tələbənin cəzası qüvvəsində qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda həmyerlisini qətlə yetirən tələbənin cəzası qüvvəsində qalıb

Bakı Apelyasiya Məhkəməsində Ağstafa rayon sakini Rauf Murğuzovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifədə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə məhkum olunmasında dair verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Nərimanov PRİ 16-cı polis bölməsindən rayon prokurorluğuna, 2018-ci il dekabrın 23-də qətlə yetirilən Ağstafa rayon sakini Elman Xəlilovun 5 saylı şəhər xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. Baxış keçirilməsi haqqında protokoldan görünüb ki, hadisə Atatürk prospekti, 2 ünvanında, yolun kənarında baş verib. Aşkar edilmiş qan ləkələrindən nümunələr, saxlanılan Rauf Murğuzovun təqdim etdiyi bıçaq götürülərək, qablaşdırılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Elman Xəlilovun ölümünə - ürəyin, sol və sağ ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. Xəsarətləri aldıqdan sonra o, məqsədyönlü hərəkət etmək iqtidarında olmayıb.

Məlum olub ki, 2001-ci il təv. Rauf Murğuzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, 2000-ci il təv. Elman Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbələri olublar.

İstintaqla müəyyən edilib ki, dekabrın 22-də Rauf Murğuzov "28 may" küçəsində yerləşən kafedə tanışları İsmayıl Muradov, Fərman Balahəsənli və Elman Xəlilovla münasibətlərini aydınlaşdırarkən, sonuncu “onun ailəsi haqda“ təhqiredici ifadə işlədib. Elmanı cəzalandırmaq qərarına gələn Rauf əlverişli məqam gözləyib. Ayın 23-ü saat 19:30-da "Gənclik" metrostansiyasının yanında görüşüb, “Ayna Sultanova” istiqamətində hərəkət etdikdə, orda olan “qızıl dükanları”nın qarşısında Xəlilov binaya daxil olub, tanışından gödəkçəsini götürdüyü üçün dayanıb onu gözləyib. Atatürk prospekti, 2 ünvanında yerləşən binanın qarşısında fürsətdən istifadə edən Murğuzov Xəlilovun başına yumruqla zərbə vurub. Elman başını aşağı əyib, özünü qorumağa çalışarkən Rauf, sağ əlində saxladığı bıçaqla, öldürmək məqsədi ilə, müstəsna dərəcədə rəhmsizliklə çoxsaylı zərbələr endirib. Bununla da xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Rauf Murğuzov bildirib ki, Ağstafa rayonunun Dağ kəsəmən kəndində anadan olub və orda qeydiyyatdadır. Bakıda Nərimanov rayonunda kirayədə yaşayıb. Mərhum Elman Xəlilovu həmkəndlisi kimi tanıyıb, onunla ədavəti olmayıb. Orta məktəbi bitirdikdən sonra İdman Akademiyasında oxuyub, Bakıda tələbə kimi bir neçə həmkəndlisi ilə, o cümlədən Elmanla görüşüb.

2018-ci il dekabrın 22-i saat 14 radələrində dostları Fərman Balahəsənli, Murad Əfəndiyev, İsmayıl Muradov və Ülvi Yaqubovla “28 May” metrostansiyasının çıxışında görüşərək, gəzə-gəzə Fəvvarələr Meydanına yollanıblar. Bir qədər gəzdikdən sonra İsmayılla o kafeyə gedib, digər dostları isə onlardan ayrılaraq gəzməkdə davam ediblər. Kafedə İsmayıl ikisinin şəklini çəkib sosial şəbəkədə paylaşıb. Rauf qonşu masada əyləşən qızlardan biri ilə tanış olmaq istəyib və telefon nömrəsini kağız salfetə yazıb, İsmayıla verib ki, onu qıza təqdim etsin. Dostu nömrəni qızların masasının üzərinə atanda, onlardan biri kağızı açıb, baxdıqdan sonra salfeti əzib atıb. Onların ardınca kafedən çıxıblar. Bu zaman Hikmət adlı, hazırda Azərbaycan Universitetinində təhsil alan həmkəndlisi zəng vuraraq kafedə onun tələbə yoldaşına yaxınlaşmasının səbəbini soruşub. Rauf isə cavabında "xanımdan xoşu gəldiyi üçün yaxınlaşdığını və artıq hərəkət eləmədiyini" söyləyib. Bir qədər sonra Hikmət Nağıyev zəng vuraraq “Səməd Vurğun“ bağının qarşısında yerləşən kafeyə gəlməsini deyib. Dostları İsmayıl və Fərmanla birlikdə ora gedib. Saat 19 radələrində içəri daxil olduqda Hikmətlə Elmanın orda olduğunu görüblər. Bir masa arxasında oturub, söhbət ediblər. Söhbət əsnasında Hikmət deyib ki, həmin qız onun tələbə yoldaşıdır və etdiyi hərəkətə görə qohumları onu cəzalandıracaqlar. Hikmətin danışığı Raufu qəzəbləndirb, o bildirib ki, kəndə qayıdandan sonra dostlarını toplayıb, onun söz-söhbəti barədə hamıya məlumat verəcək. Bu zaman Hikmətin yanında olan Elman "kənd sakinlərinin bir-birilərini yaxşı tanıdığlarını, onun ailəsində də günah olduğunu" deyib. Elmanın sözü Raufa pis təsir edib, o düşünüb ki, Xəlilov onun bacısına söz atır. Belə ki, bacısı bir neçə il əvvəl boşanıb və ata evinə qayıdıb. Lakin bacısı əxlaqlı qadındır, adına ləkə gətirə biləcək artıq hərəkət etməyib.

Elmanla kafedən çıxıb təklikdə söhbət edəndən sonra, onu öldürəcəyini qərarlaşdırıb. Gecə saatlarında kənddə yaşayan atasının əmisi nəvəsi Məmməd Məmmədova zəng vuraraq, söhbət barədə məlumat verib, Elmanı öldürəcəyini deyib. Qohumu isə onu tənbeh edib.

Ayın 23-ü saat 12 radələrində mətbəxdən bıçağı götürüb, gödəkçəsinin cibinə qoyaraq evdən çıxıb. Anasına uşaqlarla çay içməyə getdiyini deyib.

4 saatdan sonra Elmanla kafedə görüşüb. Onu orda vurmağı düşünsə də, adamların çox olmasına görə daha münasib məqam gözləyib.

Çay içib, söhbət edəndən sonra Elman “Gənclik” metrosunun yanına gedib, tanışından gödəkçəsini götürməli olduğunu bildirib. Ordan gəzə-gəzə “28 May” stansiyasına daxil olublar və qatara minib “Gənclik” metrosunda çıxıblar. Yolun sağ tərəfində olan binanın yanında Elman gödəkçəsini götürüb, 2-3 dəqiqəyə çıxacağını deyib. Xəlilov əlində selofan torba ilə binadan çıxaraq, ona yaxınlaşıb və metro istiqamətində hərəkət ediblər.

Bir qədər irəlilədikdən sonra, Rauf gödəkçəsinin cibindən bıçağı çıxardaraq Elmana ardıcıl zərbələr vurmağa başlayıb. Xəlilov yıxılsa da, onu vurmağda davam edib. Zərbələrin sayını xatırlamır. Bu vaxt onları yoldan keçən vətəndaşlar ayırıb. Elmanı buraxıb kənara çəkilib, görüb ki, həmkəndlisi bir neçə addım atdıqdan sonra, səkinin kənarında işıq dirəyindən tutmağa çalışıb, amma müvazinətini itirib, yıxılıb.

Metroya bir az qalmış polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R. Murğuzovun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 690 05.07.19 13:33