Azərbaycanda dəhşətli hadisə: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |    

Azərbaycanda dəhşətli hadisə: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı

Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb.

Aralarında yaranmış münaqişə zəminində Şirvan sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Şəxsiyyət Məmməd oğlu bacısının yaşadığı fərdi yaşayış evinə hücum edərək bacısı oğlu, 1984-cü il təvəllüdlü Əhmədov Elmin Elxan oğluna bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib.

Ş.Məmmədov, eyni zamanda, həyətə daxil olarkən üzərində gətirdiyi tez alışan püskürdücü balonu alışqanla yandıraraq bacısına və digər ailə üzlərinə yüngül yanıq xəsarətləri yetirib. Hazırda hadisə yerindən qaçan Ş.Məmmədovun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yaralı E.Əhmədovun həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 036 04.07.19 21:25