Şəmkirdə evlərdən oğurluq edən 2 nəfər saxlanılıb » Median.Az News Agency


Şəmkirdə evlərdən oğurluq edən 2 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki evdən 1300 manat oğurlayan Qapanlı kənd sakini, əvvəllər məhkum olunmuş İ.Məhərrəmov saxlanılıb.

Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən iyunun 10-da rayon ərazisindəki evdən 200 manat və 5000 rubl oğurlayan Seyfəli kənd sakini G.Cahangiri saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          475 04.07.19 16:11