Cüdoçularımız Universiadada mübarizəyə qoşulur » Median.Az - Bütün xəbərlər bir ünvanda


Cüdoçularımız Universiadada mübarizəyə qoşulur
İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında bu gün cüdo yarışlarına start verilir.

Bu gün millimizdən ilk olaraq iki legionerimiz mübarizəyə qoşulacaq.

Bunlar Əliömər Tumayev (-90 kq) və Rüstəm Kotsoyevdir (+90 kq). Dağıstanlı legionerlərimizin rəqibləri müvafiq olaraq çexiyalı Yirji Petr və meksikalı Aleksis Cared de Leon Santyaqodur. Hər iki idmançı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan bu Universiadada 18 idmançı ilə təmsil olunur.
/oxu.az/скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          456 04.07.19 12:59